AZ

Avropa Çempionatı: Azərbaycanın 6 cüdoçusu mübarizəyə qoşulur

7 sentyabrda Estoniyanın paytaxtı Tallin şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının fərdi yarışlarının sonuncu günündə 4 çəki dərəcəsində 6 cüdoçumuz güclərini sınayacaq.

"Operativ Media" xəbər verir ki, ikinci yarış günündə oğlanlar arasında -90 kq. çəkidə Aslan Kotsoyev və Şamil Tuncay, -100 kq. çəkidə Əjdər Bağırov, +100 kq. çəkidə Ramazan Əhmədov və Kənan Nəsibov medallar uğrunda mübarizə aparacaq.

Qızlar arasında isə +78 kq. çəkidə Nigar Süleymanova tatamiyə çıxacaq.

Yarış Bakı vaxtı ilə saat 11:30-da başlayacaq. Çempionatı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
operativmedia.az

1Mənbələr