Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi qadınlardan ibarət “Neftçi” komandası bu gün I mərhələdə ikinci oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, "ağ-qaralar" Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq Çempionlar yolunun II qrupunun 3-cü yer uğrunda görüşündə yerli “Lançxuti” klubu ilə qarşılaşacaq.
Tskaltubo Texniki Mərkəzin stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qarşılaşmanı belçikalı hakim idarə edəcək.
Qeyd edək ki, qrupun ilk oyunlarında “Neftçi” Avstriyanın “Sankt-Pölten” (0:5), “Lançxuti” isə Albaniyanın “Vlajniya” (0:3) klubuna məğlub olub.
7 sentyabr
“Lançxuti” (Gürcüstan) – “Neftçi” (Azərbaycan)
Tskaltubo Texniki Mərkəzin stadionu. Saat 17:00
Baş hakim: Karoline Lanssens (Belçika)
Baş hakimin köməkçiləri: İsabelle van Gilst (Niderland), Sanja Rodjak-Karşiç (Xorvatiya)
Dördüncü hakim: Jelena Kumer (Xorvatiya)
saytlarin hazirlanmasi