İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın 6-cı günündə növbəti sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar.
Azərbaycanın 5 güləşçisi ilk görüşünə çıxacaq.
U-20 dünya çempionatı
Sərbəst güləşi
Təsnifat mərhələsi
61 kq
Camal Abbasovun ilk rəqibi çinli Denqburile Denqburile olacaq.
74 kq
Ağanəzər Novruzov fransalı Seyfulla İtayevi sınağa çəkəcək.
86 kq
Sadiq Mustafazadənin ilk görüşdə rəqibi Aleksandru Borş (Rumıniya) olacaq.
125 kq
Ən ağırların mübarizəsində çıxış edən Yusif Dursunov Aleksandre Abranişvilidən (Gürcüstan) üstün olmağa çalışacaq.
1/8 final
92 kq
Anar Cəfərli Nikita Qobarets (İsrail) – David Yaksik (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan yığması mundialda 1 gümüş, 2 bürünc medal qazanıb. Yunan-Roma güləşçilərinin mübarizəsində Cocu Səmədov (87 kq) gümüş, Ruslan Nurullayev (72 kq) bürünc medal əldə edib. Nərgiz Səmədova (55 kq) da yarışı üçüncü olaraq tamamlayıb. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.