Renkanın məclisdə halı pisləşdi — FOTO
Rəqqasə Rəna Ağamuradovanın (Renka) səhhətində yenidən problem yaranıb.
Demokrat.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi özü paylaşım edib. O bildirib ki, məclisdə olarkən halı pisləşib.
"Bu gün işdə yenə halım pisləşdi. Bezmişəm... Gözdü, nədir" deyə, Renka paylaşımında yazıb.
Qeyd edək ki, Renka bir neçə gün əvvəl də səhhətində problem yarandığını yazmışdı.