AZ

Rəşad Mahmudovdan növbəti unikal əməliyyat

Uzun sürən seçki marafonundan sonra komanda olaraq icra etdiyimiz, həyatımda qərarı və icrası ən çətin əməliyyatlarımdan birini Sizinlə bölüşmək istədim. Bu dəfə xəstə və xəstəliyin adı haqqında bir şey yazmayacağam. Amma…
Bəzən özün daxil olmaqla hər kəsin;
– Bu əməliyyat faydasızdır
– Bu xəstəliyin dünyada çarəsi yoxdur
– Belə bir əməliyyatdan xəstənin sağ çıxması imkansızdır
– 12 il boyunca sən daxil olmaqla yerli və xarici mütəxəssislərin və mərkəzlərin imtina etdiyi amma, yenə də yataqda çarəsiz vəziyyətdə gözləyən, 25-30 faiz satürasiya ilə uzun illər ölümü arzulasa da ölməyən, sənin gözünə baxaraq səndən imdat gözləyən gözlərə baxaraq sakit dayanmaq, bu tale ilə razılaşmaq çətin, həm də çox çətin olur.
Həkimlik sənətinin fəlsəfəsində ölüm qaçınılmaz acı bir həqiqətdir. Məncə əsil həkimlik, həm də ən çətin, hətta bütün ümidlərin tükəndiyi anda kiçik bir işığı fərq etdiyində onun arxasınca sonunadək, usanmadan, qorxmadan, əzimlə getməkdədir, xəstəsini və ailəsini tək və naümid qoymamaqdır! Bəzən belə ağır vəziyyətlərlə mübarizə həkimin karyerasına böyük təhlükələr yaradır. Bəzən bir mənfi hadisə yüzlərlə gözəl nəticəni bir göz qırpımında yox edir. Bəzən zaman və məkan fərdin özünü qorumağının daha vacib olduğunu diqdə edir. Amma, yenə də belə məqamlarda, valideynin yerə diz çökərək imdat göz yaşları içində yalvarışına tab gətirmək çox amma çox…
Hər şeyə görə minnətdaram;
– bizə canlarını əmanət edənlərə,
– ölsəmdə əlinizdə ölməyə hazıram hissini yaşadanlara,
– ən çətin işləri görməyimizə şərait yaradanlara,
– Tələbələrimə və iş yoldaşlarıma,
– Müəllimlərimə,
– Valideynlərimə,
– Dövlətimə,
– Allahıma!!!

Rəşad Mahmudov
YAP-ın idarə heyətinin üzvü
tibb üzrə fəlsəfə doktoru

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
xalq.az

1Mənbələr