AZ

Paşinyan Qərbi "aldatdı"

Ermənistanın qəzeti ölkənin baş nazirini tənqid edib.

Milli.Az həmin məqaləni təqdim edir:

Qərb, Paşinyanın sülh prosesini Rusiya platformasına keçirməsini bağışlamayacaq.

Hakim "Vətəndaş Müqaviləsi" partiyasının qərbpərəst qanadında Nikol Paşinyanın addımlarına qarşı narazılıq artır.

Paşinyan Bakı ilə əlaqələri qurur, Rusiyaya hörmətli münasibət tələb edir və Aİ-yə qoşulma məsələsində referendum keçirilməsinə qarşı çıxır.

Partiyanın qərbpərəst qanadı sülh prosesinin Rusiya platformasına keçirilməsinin Qərbdə dəstəklənməyəcəyini düşünür.

Onlar, bəlkə də, daxili partiya etirazı təşkil etməyə və Qərbə açıq şəkildə yönələcək qrupa dəstək verməyə çalışacaqlar.

Bu qrupun məqsədi Paşinyan hakimiyyətini devirməkdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
108
1
milli.az

2Mənbələr