AZ

Lukas Okampos “Sevilya”ya 7 milyon avro qazandıraraq ayrıldı

İspaniyanın “Sevilya” klubunun və Argentina millisinin sol vingeri Lukas Okampos bundan sonra Meksika çempionatında çıxış edəcək.

Arena.az xəbər verir ki, 30 yaşlı “Monterrey”ə keçib.

Meksika klubu bu keçidə görə “Sevilya”ya 7,25 milyon avro ödəyib. Argentinalı vinger yeni klubu ilə 3 illik (2027-ci ilin 30 iyununadək) müqavilə bağlayıb.

Lukas Okampos “River Pleyt”in yetirməsidir. Karyerası ərzində “Monako”, “Olimpik” (Marsel), “Cenoa”, “Milan”, “Ayaks” kimi klublarda da oynamış vinger 2019-cu ildən formasını geyindiyi “Sevilya”da 208 oyun keçirib, 44 qol vurub, 22 məhsuldar ötürmə verib.

Okampos 2019-cu ilin oktyabrında Argentina millisində debüt edib. O, yığmada 12 oyun keçirib, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Sevilya” mərkəz yarımmüdafiəçisi Joan Jordanı da “Alaves”ə icarəyə verib. La Liqa təmsilçisi 30 yaşlı ispan futbolçunu bu mövsümün sonunadək icarəyə götürüb.

Joan Jordan “Espanyol”un yetirməsidir. “Valyadolid” və “Eybar”da da oynamış yarımmüdafiəçi 2019-cu ildən “Sevilya”nın formasını geyinir. O, bu komandanın heyətində 198 matça çıxıb, 7 qol və 14 məhsuldar ötürmə müəllifi olub.

“Alavaes” də mərkəz müdafiəçisi Nikola Maraşı Xixon “Sportinq”inə icarəyə verib. Serbiyadan olan 28 yaşlı futbolçununu bu mövsümün sonunadək icarədə olacağı açıqlanıb.

Nikola Maraş Serbiyanın “Rad” klubunun yetirməsidir. O, “Şaveş”, “Almeriya”, “Rayo Valyekano” kimi klublarda da forma geyinib. 2022-ci ildən “Alaves”də çıxış edən futbolçu bu komandanın heyətində cəmi 23 matça çıxıb.

Nikola Maraş Serbiya yığmasında 2016-cı ilin sentyabr ayında debüt etsə də, indiyə qədər cəmi 2 matça çıxıb.

Seçilən
138
arena.az

1Mənbələr