Çinin cənubunda 1,2 milyondan çox sakin Yagi qasırğasından müxtəlif dərəcədə zərər çəkib.
Ucnoqta.az xəbər verir ki, Çin Mərkəzi Televiziyası hadisə nəticəsində 3 nəfərin öldüyünü, 95 nəfərin yaralandığını bildirib.
Super tayfun Haynan və Quanqdonq əyalətlərinə, eləcə də Quanksi-Çjuanq Muxtar Bölgəsinə müxtəlif infrastrukturlara ziyan vurub, həmçinin nəqliyyat əlaqələrinin qismən dayandırılmasına səbəb olub.
Çin prezidenti Si Cinpin təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üçün tədbirlərin gücləndirilməsi barədə göstəriş verib.
O, zədələnmiş nəqliyyat, energetika, rabitə və digər infrastrukturların tezliklə bərpasına, insanların həyat və əmlakının təhlükəsizliyinin səmərəli şəkildə təmin edilməsinə çağırıb.
Qasırğa küləyi binaların damlarını uçurub, yük maşınlarını aşırıb.