AZ

Bağçalı ona avtomobil hədiyyə etdi – FOTOLAR

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı klassik avtomobillərindən birini də hədiyyə verib.

"Cebheinfo.az" xəbər verir ki, siyasətçi 1978-ci ildə istehsal olunan cipi partiyasının Mərkəzi İdarə Heyətinin üzvü Ali Uçaka bağışlayıb.

Bağçalı avtomobilin açarlarını MHP qərargahındakı otağında Ali Uçaka təqdim edib. 

Ali Uçak aldığı hədiyyə ilə bağlı sosial şəbəkə hesabında da MHP liderinə təşəkkür edib:

"Aldığım bu hədiyyə qarşısında partiya sədrimiz hörmətli Dövlət Bağçalıya incə düşüncəsinə görə təşəkkür edirəm. O, hər zaman yaxşı günümüzdə də, pis günümüzdə də yanımızda olub. Bu mənalı hədiyyəyə gözüm kimi baxacağıma söz verirəm". 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
24
cebheinfo.az

10Mənbələr