Türkiyənin mərkəzi hissəsində 4,8 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında bildirilib.
Zəlzələnin episentrinin 10 km dərinlikdə yerləşdiyi qeyd edilir.
Yeraltı təkanlar Qaziantep şəhərindən 34 km şimal-qərbdə qeydə alınıb.