AZ

Siqaret və spirtli içki gətirmək istəsən, 200 min dollar depozit qoymalısan...

Image

Xalid Kərimli: “Hesabda pul olduğu zaman  yoxlama prosesi uzun çəkməyəcək, yəni yük daşıyan gömrükdə izafi vaxt sərf etməyəcək”

Oktyabrın 1-dən Azərbaycanda alkoqollu içkilərin və tütün məmulatlarının tranzit daşınması zamanı yarana biləcək gömrük borcunun ödənilməsinin təmin edilməsi məqsədilə Gömrük Məcəlləsinin 258.1.4-cü maddəsinə əsasən təminat üsulu olaraq depozitin tətbiqinə başlanacaq.  Məlumata görə, təminatın məbləği tranzit daşımasını həyata keçirən hər nəqliyyat vasitəsinə münasibətdə minimum 200 000 ABŞ dolları ekvivalentində müəyyən edilib. Gömrük bəyannaməsi təsdiq edildiyi gün vəsaitin Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manat ifadəsində banka depozit şəklində qoyulmasına dair təsdiqedici sənəd gömrük orqanına təqdim olunmalıdır.

Maraqlıdır, yeni qayda alkoqollu içkilərin və tütün məmulatlarının tranzit daşınmasına necə təsir edəcək? 

“Tranzit daşınması zamanı yarana biləcək gömrük borcunun ödənilməsi ilə bağlı tətbiq ediləcək yeni qayda ölkə ərazisindən keçən yüklərin sürətli şəkildə daşınmasına səbəb olacaq”

Iqtisadçı Xalid Kərimli baki-xeber.com-a şərhində bildirdi ki, tranzit qaydaları dəyişib: “Tranzit keçilən zaman  depozit qoyulmalıdır. Bununla bağlı gömrük ödənişlərin yığılması istiqamətində öz işini qarantiyaya alır. Belə ki, əvvəlcədən müəyyən məbləğdə depozit müəyyən olunur. Tranzit keçəndən sonra yükün həcminə görə   dəqiq məbləğ bəlli olur”. 

Ekspert hesab edir ki,  tranzit daşınması zamanı yarana biləcək gömrük borcunun ödənilməsi ilə bağlı tətbiq ediləcək yeni qayda ölkə ərazisindən keçən yüklərin sürətli şəkildə daşınmasına səbəb olacaq. Eyni zamanda, gömrüklə yük daşıyan arasında da münasibətlər tənzimlənəcək: “Hesabda pul olduğu zaman  yoxlama prosesi uzun çəkməyəcək. Yəni yük daşıyan gömrükdə izafi vaxt sərf etməyəcək. Bu səbəbdən də tranzit zamanı proses qısa müddətdə həyata keçiriləcək”.

Günel CƏLİLOVA






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
baki-xeber.com

1Mənbələr