AZ

DİQQƏT! Bu səhv öldürür - VACİB XƏBƏRDARLIQ

Payızın gəlişi ilə müxtəlif tərəvəzlərin turşuya qoyulmasına start verilib. Bunlardan bəziləri konservləşdirilmiş üsulla həyata keçirilir. Həmin üsulla hazırlanan turşular bəzən ağır zəhərlənmələrə səbəb olur. Bəs hansı məqamlara diqqət etmək lazımdır ki, sağlamlığımız risk altına düşməsin? 

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bir sıra nüanslara aydınlıq gətirib: 

“Yay mövsümündə xanımlar ev şəraitində bir çox qidaları konservləşdirmə üsulu ilə qışa tədarük edirlər. Əgər konservləşdirmə zamanı düzgün qaydalara əməl olunmasa, bu, zəhərlənməyə gətirib çıxarır. Bəzən isə həmin hallar zəhərlənin ən ağır forması olan botilizmlə nəticələnir. Bu da bir çox hallarda ölümə səbəb olur”.  kapital bank vakansiya

Ekspert konservləşdirilmədə doğru bilinən yalnışlardan da bəhs edib:

“Yaxşı olar ki, konservləşdirmə zamanı mütləq şəkildə meyvə-tərəvəzlər təmiz yuyulsun. Eyni zamanda keyfiyyətli, mövsümi və yerli meyvə-tərəvəzdən istifadə olunsun. Əgər bu qidaların hər hansı birində əzik yaxud xarab olan hissə varsa, ondan ümumiyyətlə istifadə olunmasın. Mütləq şəkildə sanitar-gigiyenik qaydalara əməl olunmalıdır. İstifadə olunan qablar, təbii ki, şüşə materialdan olmaqla yanaşı, sterilizasiya da düzgün aparılmalıdır. Saxlanma şəraitində temperatura da diqqət etmək lazımdır. Mümkün qədər bu turşuları qaranlıq və sərin yerdə saxlamağa diqqət etsinlər. Bir çox halda insanlar düşünür ki, konservləşdiriləcək ərzaqlar isti suda qaynadılır deyə, bütün mikroblar yoxa çıxır. Lakin əgər steril qaydalara düzgün əməl olunmayıbsa, yaxud da meyvə tərəvəzin üzərində torpaqlardan hər hansı bir hissə qalıbsa, bu zaman həmin konservləşdirilmiş məhsul zərərli hesab olunur. Eyni zamanda uzun müddət saxlanıldıqda, diqqət etməliyik ki, qapaq şişməsin. Xüsusilə də, əgər suyunda bulanıqlıq, çökmə varsa, bu turşulardan da istifadə etmək tövsiyə olunmur. Bütün sadalananlar sənaye üsulu ilə emal olunan məhsullara da aiddir. Lakin sənaye üsulu ilə ev üsulu arasındakı fərq bir ondadır ki, evdə konservləşdirilən qidaya konservantlar əlavə olunmur. Ancaq sənayedə konservantlardan istifadə olunur ki, qidanın həm rəf ömrü uzun olsun, həm də belə məhsullarda zəhərlənmə daha az qeydə alınır”. 

Aytac Şahin 


Telegram kanalımız
Seçilən
1075
4
yenisabah.az

5Mənbələr