AZ

İtaliya fransızları 25 il əvvəlki hala saldı - Antirekord

İtaliya yığması ötən gecə Millətlər Liqası çərçivəsində Parisdə Fransa seçməsini məğlub edib.

Fanat.Az xəbər verir ki, italyanlar 14-cü saniyədə qol buraxsalar da, özlərində güc taparaq matçın gedişatını dəyişib 3:1 hesabı ilə qalib gəliblər.

"Stats Foot"-un məlumatına görə, Fransa 25 ildən sonra ilk dəfə rəsmi ev oyununda üç qol buraxıb. Fransızlar sonuncu dəfə 1999-cu il iyunun 5-də AÇ-2000-nin seçmə mərhələsi çərçivəsində Rusiya millisinə 2:3 hesabı ilə uduzarkən evdə qapısında üç qol görüb.

Mirağa 

Seçilən
117
fanat.az

1Mənbələr