AZ

Azərbaycanda sosial şəbəkələr boykot ediləcək?

Ötən ay Türkiyədə “Instagram” sosial şəbəkəsinə giriş qadağasının tətbiq edilməsi həm qardaş ölkədə, həm də Azərbaycanda ciddi müzakirələrə səbəb oldu.

Türkiyənin nəqliyyat və infrastruktur naziri sosial şəbəkə nümayəndələri ilə aparılan danışıqlar zamanı Türkiyə qanunvericiliyinə hörmətlə yanaşmanın vacibliyini qeyd etdiklərini bildirdi. Nazir vurğuladı ki, “Instagram” rəsmiləri Türkiyə hökumətinin tələblərini yerinə yetirəcəklərinə dair söz verdikdən sonra qadağa ləğv ediləcək. Nəticədə “Instagram” və “Meta” şirkəti Ankaranın şərtlərini qəbul etdi və bu sosial şəbəkənin ölkə ərazisində fəaliyyət göstərməsinə icazə verildi.

Ümumiyyətlə, Türkiyə də daxil olmaqla, bir çox ölkələrdə sosial platformalarla işlər görülür, razılaşmalar əldə edilir. Azərbaycanda isə bu istiqamətdə addım atılımır. Həqiqətdir ki, hazırda qlobal sosial platformalar ölkənin reklam bazarının böyük bir hissəsini ələ keçirib. Bu səbəbdən yerli media qurumları çətin vəziyyətlə üzləşib. Üstəlik, informasiya təhlükəsizliyi ilə bağlı da risklər hər keçən gün artır.
Maraqlıdır, ölkəmizdə də sosial platformalarla işi təkmilləşdirmək üçün addımlar atılmalıdırmı? Türkiyə təcrübəsindən istifadə etmək mümkündürmü?

Boykot edən ölkədə istifadəçi sayı çoxdursa...

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov deyir ki, sosial şəbəkələrlə bağlı bir çox ölkələrdə insidentlər yaşandıqdan sonra ölkə sosial şəbəkəni boykot edir: “Məsələn, Türkiyədə daha öncə “Youtube”, “Wikipedia”, “X” platforması ilə bağlı da etirazlar olmuşdu. Razılaşma prosesi boykotlardan sonra başladı. Burada əsas məsələ boykot edilən sosial şəbəkənin əhatə dairəsidir. Yəni həmin sosial şəbəkə nümayəndəliyi fəaliyyət göstərdiyi ölkənin internet seqmentini və ya həmin platformadakı payını nəzərə alaraq razılaşmaya gedir. Təbii ki, burada sosial şəbəkənin hansı səbəblə boykot edilməsi də önəmlidir. Məsələn, hansısa terror qruplaşmasını dəstəkləyən fəaliyyət yaxud zorakılıq, istismar kimi hallar olubsa, təbii ki, bu, həmin platformanın da imicini aşağı salır. Amma ən əsası, burada boykot edən ölkənin bu şəbəkəyə qazandırdığı pulun miqdarıdır. Boykot edən ölkədə istifadəçi sayı çoxdursa və daha çox qazandırırsa, bu zaman razılaşmaya gedə bilirlər”.

Kütlə haradadırsa, şirkətlər də reklamı oraya verir

Mütəxəssis təsdiqləyir ki, bu gün sosial şəbəkələr biznes mühitinə çox böyük rəqibdir və sosial platformalar yerli biznesi vurur: “Bu təbii prosesdir. Bu gün dünyada beynəlxalq platformalar bir çox yerli biznesləri öldürür. Bu, İnformasiya Texnologiyaları sahəsində daha çox hiss olunur. Bu gün sosial media da ölkə daxilində olan media şirkətlərinin qarşısında böyük rəqibdir. Bu, dövrün tələbidir. Kütlə haradadırsa, şirkətlər də reklamı oraya verir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
4
publika.az

10Mənbələr