AZ

Vəsiqəsiz və sərxoş halda avtoxuliqanlıq edən bayker tutuldu - VİDEO

Paytaxtın Nizami rayonu ərazisində DYP əməkdaşlarının qanuni tələblərinə tabe olmayan motosiklet sürücüsü aşkarıanıb.

Avtosfer.az xəbər verir ki, 99-X-512 dövlət nömrə nişanlı motosikletin sürücüsü Əzizov Müzayən Şirin oğlu müxtəlif küçə və prospektlərdə təhlükəli manevrlər edərək avtoxuliqanlıq hərəkətlərinə yol verib.

Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları süni tıxac yaradaraq sürücünü saxlamağa müvəffəq olub.
Araşdırma zamanı onun sürücülük hüququ olmadığı və eyni zamanda sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etdiyi məlum olub.


Sürücü ilə bağlı toplanmış materiallar aidiyyəti üzrə Nizami rayon məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə Əzizov Müzayən Şirin oğlu 25 gün müddətində inzibati qaydada həbs olunub.


Sürücünün avtoxuliqanlıq hərəkətləri etdiyi videonu təqdim edirik:

Leyla

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
avtosfer.az

1Mənbələr