AZ

Kaltsona: “Rəqibə baxmadan öz oyunumuzu ortaya qoymalıyıq”

Milli komandamızın sabah qarşılaşacağı Slovakiya Millətlər Liqasına Estoniya üzərindəki səfər qələbəsi ilə başladı.

Oyundan sonra slovakların baş məşqçisi Françesko Kaltsonaya ünvanlanan suallardan biri də Azərbaycanla bağlı olub. “Football-plus.az” xəbər verir ki, italiyalı mütəxəssis Miroslav Haşanın “Azərbaycanla oyundan nə gözləyirsiz” sualına belə cavab verib:

“Öz oyunumuzu göstərmək fikrindəyik. Rəqibin kimliyinə baxmadan. Estoniyaya qarşı necə oynadıqsa, evdə də elə oynayacağıq. Sadəcə, daha yüksək effektivliyə ehtiyac var”.

ORXAN
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
31
football-plus.az

10Mənbələr