AZ

''İstanbul BŞ'' ''Liverpul''un sabiq üzvünü transfer edə bilər

Avrokuboklarda bu mövsüm Türkiyəni uğurlu şəkildə təmsil edən və KL-in qrupuna vəsiqə qazanan ''İstanbul BŞ'' ulduz futbolçu ilə anlaşmağa yaxındı.

İngiltərə mətbuatının iddiasına görə, başakşəhərlilər Nabi Keyta ilə danışıqlar aparır. Qvineyalı mərkəz yarımmüdafiəçisinin ''Sanderlend'' ilə apardığı danışıqlar uğursuz alınıb. İndi onu transfer etməyə əsas namizəd məhz Türkiyə təmsilçisidi.

Məlum olduğu kimi, ''Zaltsburq'' və ''Leyptsiq''də özünü yaxşı tərəfdən göstərdikdə sonra bu futbolçu 2018-də 60 milyon avroya ''Liverpul''a transfer olunmuşdu. Mersisaydlıların heyətində həm ÇL-in, həm də premyer-liqanın qalibi olan 29 yaşlı futbolçu sonradan əsas heyətdəki yerini itirdi. Keyta ötən mövsümü ''Verder''də keçirdi. Amma Bremen klubunda baş məşqçi ilə ulduzu barışmayan futbolçu cəmi 5 oyuna çıxa bildi. O, 1 aydan artıqdı ki, əsas komandadan ayrılıb və fərdi şəkildə məşq edir.

Bu arada ''İstanbul BŞ''nin türkiyəli Ömər Faruk Bəyaz ilə üçillik müqavilə imzaladığını bildirək.

''Fənərbaxça''nın yetirməsi olan və 2021-dən ''Ştutqart''a məxsus olan 21 yaşlı futbolçu ötən mövsümü icarə əsasında ''Hatayspor''da keçirmişdi.

ƏLİ

Seçilən
121
football-plus.az

1Mənbələr