Bakı. Trend:
Xərçəng əleyhinə vaksinin tədqiqatları tamamlanıb, ilkmərhələnin sınaqları Rusiya Səhiyyə Nazirliyinin icazəsindən sonrabaşlayacaq.
Trend xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyininştatdankənar baş onkoloqu, Rusiya Elmlər Akademiyasının akademikiAndrey Kaprin məlumat verib.
“Biz klinikadan əvvəlki tədqiqatlarını keçirdik. İndi SəhiyyəNazirliyinə məktub göndərilib ki, ilk mərhələ sınaqlarına icazəverilsin. İcazə alanda, saytda könüllülərin tibbi göstərişlərləqəbuluna hazır olduğumuzu elan edəcəyik”, - deyə Kaprinbildirib.
O qeyd edib ki, müalicəsi davam edən xərçəng xəstələri üçünvaksin kontrendikasiya olunacaq, buna görə də xəstələr müalicətamamlanmadan vaksin ala bilməyəcəklər.