Qəzza Səhiyyə Nazirliyi açıqlamasında İsrailin Qəzza zolağına 337 gündür hücumları ilə bağlı məlumat verib.
Açıqlamada İsrail ordusunun Qəzza zolağında son 48 saatda həyata keçirdiyi 4 qırğında 61 nəfərin öldüyü, 162 nəfərin yaralandığı bildirilib.
Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 40 min 939-a, yaralıların sayı isə 94 min 616-ya yüksəlib.
Açıqlamada dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.
Miri