İran Prezidenti Məsud Pezeşkian oktyabrda Rusiyanın Kazan şəhərində keçiriləcək BRICS sammitində iştirak edəcək.
Bu barədə TASS-a bu ölkənin Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali bildirib.
O qeyd edib ki, hazırda səfər üçün hazırlıqlar gedir. Pezeşkianın Rusiya lideri Vladimir Putinlə görüşü də istisna edilmir.