"Football-plus.az" xəbər verir ki, Türkiyə yığmasının üzvü ''iks'' (tvitter) hesabında Rüzgar Sevgim adlı kiçik fanatına məktub yazıb. Kərəmin ''Qalatasaray''dan ayrılması 10 yaşlı Rüzgar Sevgimi çox kədərləndirmişdi. Sosial şəbəkədə yayılan bir videoda gənc futbolsevər bu xəbəri eşitdikdən sonra göz yaşlarını saxlaya bilməmiş və valideynləri onu sakitləşdirməyə çalışmışdı. Kərəm ona ünvanladığı paylaşımda bunları yazıb:
''Sevgili Rüzgar, həyat bizə çox şey öyrədir. Xoşbəxtliklər içində keçən gözəl günlərlə yanaşı ayrılıqlar da bu həyatın içindədi. Amma biz ayrılsaq da, qəlblərimiz birlikdə döyünməkdə davam edəcək. Lütfən, ''Qalatasaray''dan və ''Qalatasaray''lılığından vaz keçmə. Bu rənglər altında hələ çox qəhrəmanın olacaq. Onlarla güləcəksən və gözündəki yaşlar inşallah ancaq sevincdən axacaq. Məni bağışlaya biləcəksənmi, onu deyə bilmərəm. Amma ''Benfika''nın heyətində ilk rəsmi oyunumda geyəcəyim formanı sənə hədiyyə edəcəm. Bəlkə bu cür şəkildə barışa bilərik''.
ƏLİ