AZ

Slovakiya bizə qarşı üç hücumçu ilə oynayacaq?

Azərbaycanda olduğu kimi, Slovakiyada da yığmanın oyunlarından əvvəl komandanın hansı taktiki sxemlə oynayacağı ilə bağlı mülahizə yürütmək dəbdi.

“Football-plus.az” xəbər verir ki, bu ölkənin “Dennik sport” nəşri Azərbaycana qarşı oynayacaq optimal heyət qurub.

Qapını, təbii ki, Martin Dubravka qoruyacaq. Müdafiədə soldan sağa David Hantsko, Milan Şkrinyar, Denis Vavro və Peter Pekarik qərarlaşacaq. Orta sahədə Andrey Duda, Stanislav Lobotka, Yuray Kutska oynacaq. Nəhayət, Françesko Kaltsonanın hücumda Lukaş Haraslin, David Strelets və Tomaş Suslova şans vercəyi gözlənilir.

Həmkarlarımız Estoniyaya qarşı oynayan heyətlə müqayisədə üç dəyişiklik edib. Tallindəki oyunda start heyətində Obert, Beneş və Bojenik də yer almışdı.

ORXAN

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
50
football-plus.az

10Mənbələr