AZ

Nazirin “başını yeyən” məşuqə

İtaliyanın mədəniyyət naziri Gennaro Sanqogliano dünən (sentyabrın 6-da) məşuqəsini özünə məsləhətçi kimi işə götürməsi iddiasından sonra istefaya getməyə məcbur olub.

İtaliyanın ANSA xəbər agentliyinin məlumatına görə, Sanqolyano istefa məktubunda onu müdafiə etdiyinə görə baş nazir Giorgia Meloniyə təşəkkür edib.

62 yaşlı Sanqolyanonun özündən 20 yaş kiçik olan məşhur sosial media fenomeni və bloqqerlə münasibətdə olduğu ortaya çıxıb.

Avqustun 26-da 41 yaşlı Mariya Rozaria Bokia “İnstaqram” hesabında onu mühüm tədbirlər, o cümlədən sentyabrın sonunda Pompeydə keçirilməsi planlaşdırılan G7 mədəniyyət nazirlərinin iclası üzrə məsləhətçi təyin etdiyi üçün nazirə təşəkkür edib.

Nazirlik sosial media fenomeni və bloqqerin işə götürülməsi xəbərini təkzib edib. Sangiuliano nazirliyin büdcəsindən ödənişlər etdiyi iddiasını da təkzib edib.

Sosial-media fenomeni daha sonra naziri bir neçə rəsmi səfərdə müşayiət etdiyini iddia edib. Daha sonra nazirin Bokia ilə münasibətdə olduğunu bildirilib. Sanqogliano çərşənbə axşamı İtaliyanın RAI telekanalının əsas xəbər proqramına verdiyi müsahibədə bloqqer Mariya Bokia ilə münasibətini etiraf edib və həyat yoldaşı və baş nazir Melonidən atdığı səhv addıma görə onu bağışlamalarını istəyib.

Keçmiş televiziya jurnalisti Meloninin sağçı İtaliya Qardaşları Partiyasının üzvüdür və 2022-ci ilin oktyabrında hökumət dəyişikliyində vəzifəyə başlayıb.

Seçilən
110
vaxt.az

1Mənbələr