AZ

“Hər şey yaxşıdırsa, o zaman bu qədər etirazçının küçələrdə nə işi var?”

Fransanın 150-dən çox şəhər və  qəsəbəsində Emmanuel Makron əleyhinə etiraz aksiyaları keçirilməkdədir.

 

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə etiraz aksiyaları və onun mümkün nəticələri ilə bağlı maraqlı fikirlər səsləndirib:

 

“Ədalət naminə qeyd etmək lazımdır ki, Makron həm parlament, həm də prezident seçkilərində xalqın iradəsi ilə qələbə qazandı. O zaman xalq Makrona dəstək verdi və hesab edirəm ki, bu gün də Makronun tərəfdarları daha çoxdur. Yəni, hüquqi baxımdan ortada heç bir problem yoxdur.

 

Lakin işin ictimai-siyasi tərəfinə gəlincə, vəziyyət daha mürəkkəbdir. Makrona qarşı etirazların kütləviliyi onu göstərir ki, Fransa prezidenti ilə bağlı ciddi narazılıqlar var və bu narazılıqlar artmaqdadır. Bir də axı, hər şey yaxşıdırsa, o zaman bu qədər etirazçı niyə küçələrə axın etsin ki?

 

Hesab edirəm ki, etirazların genişlənməsi Makron rejimi üçün daha ağır nəticələrə səbəb olacaq. Hələ ki, Fransa hökuməti etirazları sakitcə seyr etməkdədir. Ola bilsin ki, ictimai qəzəbi bu yolla soyutmağa çalışır. Lakin etirazlarlar daha sərt formaya keçsə, dağıntılara səbəb olsa, o zaman hökumət də sərt addımlar atmalı olacaq. Bu isə vəziyyətin daha da gərginləşməsi deməkdir.

 

İstənilən halda, baş verənlər Makron rejimindən olan  narazılığı və Fransa xalqının demokratik azadlıqlar uğrunda mübarizə ruhunu əks etdirir”.

 

Seymur ƏLİYEV

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
moderator.az

1Mənbələr