AZ

Bazar günü hava necə OLACAQ?

  "Dəzgahqayırma Zavodu” ASC-nin səhmləri dövriyyədən çıxarılıb.

İqtisadiyyat.az xəbər verir ki, ASC-nin tərkibindən yenidən təşkilin ayrılma formasında "Seyhanlar Group 2024” Məhdud Məsuliyyətli Cəmiyyəti adında yeni hüquqi şəxs yaradılıb.

Bununla əlaqədar "Dəzgahqayırma Zavodu” ASC-nin ümumilikdə hər biri 1 manat dəyərində 443 787 ədəd adi, adlı, sənədsiz səhmi ləğv edilərək dövriyyədən çıxarılıb.

"Dəzgahqayırma Zavodu” ASC yenidən təşkil olunub və "Seyhanlar Group 2024” Məhdud Məsuliyyətli Cəmiyyəti "Dəzgahqayırma Zavodu” ASC-nin hüquqi varisidir.

Qeyd edək ki, "Dəzgahqayırma Zavodu” 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 489 714 manat, qanuni təmsilçisi Mehmet Ali Seyhandır.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
referans.az

1Mənbələr