AZ

Bakıda saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb

Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən tədbirlə narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuşlar Elvin İsmayılov və tanışı S.Gözəlova saxlanılıblar.

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, onların üzərindən 2 kiloqramdan çox narkotik vasitə olan heroin aşkarlanıb.

Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından əvvəlcədən müəyyənləşdirilən məkanlardan götürərək satışını həyata keçirməyi və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Mənbə: qafqazinfo.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
47
19
qafqazinfo.az

10Mənbələr