AZ

Bellinqem yaşıl meydanlara daha tez qayıda bilər

style='margin-bottom:10px;'>

"Real"ın hücumameyilli yarımmüdafiəçisi Cud Bellinqemin zədəsinin sağalması ilkin proqnozlaşdırılandan daha sürətlə gedir. 

QOL.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb. Bildirilib ki, ingiltərəli futbolçunun sentyabrın 21-də keçiriləcək La Liqanın 6-cı turunun “Espanyol”la oyununda iştirak edə bilməsi ehtimalı var. Bundan əvvəl mətbuatda Bellinqemin sentyabrın sonuna kimi meydana çıxa bilməyəcəyi ilə bağlı məlumatlar yayılmışdı.

Yarımmüdafiəçi Madrid klubuna 2023-cü ilin yayında Dortmund "Borussiya"sından keçib. Bu müddətdə o, 43 matçda iştirak edib, 23 qol vurub, 14 qolun ötürməsini verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
2
teleqraf.com

3Mənbələr