Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edən “Birbaşa Bakı” və “AzNur” komandaları bu gün növbəti oyunlarına çıxıblar.
Arena.az xəbər verir ki, Polşanın paytaxtı Varşavada təşkil olunan minifutbol üzrə Çempionlar Liqasında bu gün pley-off mərhələsinə start verilib.
1/8 finalda Azərbaycan dueli baş tutub. Belə ki, qrup mərhələsini uğurla adlamış təmsilçilərimiz pley-offda üz-üzə gəliblər. “Birbaşa Bakı” “AzNur”u minimal hesabla məğlub etməklə 1/4 finala vəsiqə qazanıb.
Azərbaycan çempionunun növbəti mərhələdəki rəqibi “Meksikani Ber Şava” (İsrail) – “Belfut İaşi” (Rumıniya) cütünü qalibi olacaq.
Çempionlar Liqası
1/8 final mərhələsi
7 sentyabr
“Birbaşa Bakı” – “AzNur” 1:0
Qol: Emil Məmmədov, 36.