AZ

Abşeron rayonunda “Bilik Günü” şəhid övladları ilə birgə qeyd edilib - FOTOLAR

Abşeron rayonunda 2024-2025-ci tədris ili üzrə ali məktəbə daxil olan və birinci sinfə gedəcək şəhid övladları, o cümlədən yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib.

"Unikal" xəbər verir ki, “Bilik Günü” münasibətilə keçirilən görüş Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunub.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə güllər düzərək, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anıblar.

Tədbirdə Dövlət Himni oxunub, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək, bu il ali məktəblərə keçirilən imtahanlarda uğur qazanan abituriyentləri və məktəblərə ilk qədəmlərini qoyan şəhid övladlarını təbrik edib, onlara təhsil həyatlarında müvəffəqiyyətlər arzulayıb. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi, siyasi iradəsi, “Dəmir yumruq” ətrafında sıx birləşən xalqımızın və ordumuzun qəhrəmanlığı sayəsində torpaqlarımız düşmən əsarətindən azad olunduqdan sonra bütöv müstəqil Azərbaycanda təhsilin tədrisi həyata keçirilməyə başlayıb. Bu il Qarabağ Universitetinin fəaliyyətə başladığını, abituriyentlərdə bu təhsil ocağına böyük marağın olduğunu vurğulayan Abdin Fərzəliyev, ölkəmizin hər yerində təhsilin keyfiyyətinə böyük önəm verildiyini, təhsilin inkişafının dövlətimizin prioritet məsələlərindən biri olduğunu qeyd edib.

Sonra Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, “Zirvə” Liseyinin direktoru Samir Həsənov, Vətən müharibəsi şəhidi Elsevər Paşayevin həyat yoldaşı Xəyalə Paşayeva, bu il qəbul imtahanlarında maksimum bal - 700 bal toplayan Xırdalan 2 saylı tam orta məktəbin məzunu Şəbnəm Novruzova çıxış edərək rayonda təhsil sahəsində əldə olunan uğurlardan danışıb, daha sonra tələbə adını qazananları təbrik edib, birincilərə isə uğurlar arzulayıblar.

Sonda şəhid övladları olan birincilərə və tələbə adını qazanmış şəhid övladlarına, o cümlədən yüksək bal toplamış abituriyentlərə hədiyyələr təqdim edilib.

Qeyd edək ki, Abşeron rayonu ərazisində yaşayan 81 şəhid övladı məktəbli ləvazimatları ilə təmin olunub.

Seçilən
178
50
unikal.az

10Mənbələr