AZ

Yüngül və ucuz olsalar da təhlükəlidir...

Yüngül və ucuz olsalar da plastik əşyalar dünyanın ən böyük və təhlükəli problemlərindən biridir. Çünki onlar yer üzündə toplanır və uzun müddət yox olmur.

Publika.az xəbər verir ki, plastikə çox üstünlük verilir, çünki davamlı və uzunömürlüdür. Lakin məhz bu səbəbdən onlar son dərəcə təhlükəlidir. Çünki plastik yoxa çıxmır və həlli mümkün olmayan böyük bir problemə çevrilir.

Plastik həyatın o qədər ayrılmaz hissəsidir ki, onsuz həyatı təsəvvür etmək mümkünsüz görünür. Uşaq şüşələri, şampunlar, oyuncaqlar, mətbəxdə istifadə etdiyimiz plastik qablar, zibil torbaları və s. plastikdən hazırlanır.

Bunlar sadəcə görünən hissədir. Bir də araşdırmasız aşkar etmək çox çətin olan plastik tərkibli məhsullar var. Odur ki, bir məhsul alarkən mütləq onun tərkibində plastik olub-olmadığını yoxlayın.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
1
publika.az

2Mənbələr