AZ

Gülərin son durumu bəlli olub

Türkiyə millisinin Uelslə matçda sıradan çıxan Arda Gülərin durumu bəlli olub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə futbolçunun özü şəxsi sosial şəbəkə hesabında paylaşıb edib.

O zədəsinin ​​ciddi olmadığını qeyd edib.

Kral klubunun səfərdə "Real Sosyedad"la qarşılaşacağı İspaniya çempionatının növbəti turunda Ardanın hazır olub-olmayacağı hələ məlum deyil.

Xatırladaq ki, görüş 0:0 hesablı bərabərliklə başa çatıb.

Gülər ​​bu mövsüm İspaniya çempionatında 3 matça çıxıb, burada bir dənə də olsun təsirli hərəkət edə bilməyib. Bir il əvvəl “kral klubu” rəhbərliyi türkiyəli yarımmüdafiəçi üçün “Fənərbağça”ya 20 milyon avro ödəyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
90deqiqe.az

1Mənbələr