Bakı, 7 sentyabr, AZƏRTAC
Bu mövsüm Azərbaycan Basketbol Liqasında debüt edəcək MOİK klubu heyətini iki legioner oyunçu ilə gücləndirib.
AZƏRTAC-ın əldə etdiyi məlumata görə, komanda ukraynalı Vladimir Markovetski və ABŞ-dan olan Qriffin Rammeni transfer edib. Hər iki basketbolçu ilə 1 illik müqavilə imzalanıb.
V.Markovetski son olaraq ABŞ-ın “San Fransisko Dons”, Q.Ramme isə ötən mövsüm Xaçmazı təmsil edən NTD komandasında çıxış edib.
Qeyd edək ki, MOİK-ə yeni mövsümdə ispaniyalı baş məşqçi Alberto Blanko rəhbərlik edəcək. O, həmçinin kişi basketbolçulardan ibarət Azərbaycan millisində işləyir.