AZ

UEFA milli üçün onları Bakıya göndərəcək

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – Serbiya oyununa təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, görüşü Fransadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Bastyen Deşepi olacaq. Ona yan xətt hakimləri Aleksis Oje və Parin Le Telye kömək edəcəklər. Dördüncü hakim funksiyasını Floren Batta yerinə yetirəcək.

Sentyabrın 10-da keçiriləcək Azərbaycan – Serbiya oyunu saat 19:00-da start götürəcək.

Seçilən
109
futbolpress.az

1Mənbələr