AZ

Çempionlar Liqası: “Neftçi” bu gün sonuncu oyununu keçirəcək

Çempionlar

Bakı, 7 sentyabr, AZƏRTAC

Bu gün “Neftçi”nin qadınlardan ibarət komandası Çempionlar Liqasının I mərhələsində sonuncu matçına çıxacaq.

AZƏRTAC xəbər verir ki, “ağ-qaralar” Çempionlar yolunun II qrupunda 3-cü yer uğrunda görüşdə “Lançxuti” (Gürcüstan) komandası ilə üz-üzə gələcək. Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qarşılaşmanı belçikalı hakim Karoline Lanssens idarə edəcək.

Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv ilk görüşündə Avstriya təmsilçisi “Sankt-Pölten”ə 0:5 hesabı ilə məğlub olub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
azertag.az

1Mənbələr