AZ

Avtomobilə yapışıb qalan həşəratların təmizlənməsi üçün ucuz və effektiv üsul: Qazlı su

Hər bir sürücü avtomobilin ön şüşəsində həşərat izləri problemi ilə qarşılaşıb. Bu xoşagəlməz "bəzəklər" təkcə xarici görünüşü pozmur, həm də görüntünü pisləşdirir ki, bu da hərəkət zamanı təhlükəli ola bilər. Adətən bu bəla ilə mübarizə aparmaq üçün xüsusi avtokimya - spreylər, şampunlar və digər vasitələr istifadə olunur. Bəs yolda ikən şüşəni tez təmizləmək lazım olanda nə etməli?

Ölkə.az-ın oxu.az-a istinadla verdiyi məlumata görə, bu mənada ən sadə və effektiv yol adi mineral sudan istifadədir.

Bildirilir ki, qazlı su bahalı avtokimyadan heç də geri qalmadan həşərat izlərini məhv edir, hətta qurumuş çirklərə də təsir edir. Bunun sirri mineral suda olan qaz qabarcıqlarıdır.

Təmizləmə prosesi son dərəcə sadədir: çirklənmiş sahələrə ilıq mineral su tökmək (soyuq olmaz), bir neçə dəqiqə gözləmək və nəm salfetlərlə silmək lazımdır.

Mükəmməl nəticə üçün isə son olaraq şüşə mikrofiber parça ilə silinməlidir.

Seçilən
73
5
olke.az

5Mənbələr