AZ

İki “Sabah” var…

Konfrans Liqası ilə ikinci mərhələdə vidalaşan «Sabah» ölkədaxili yarışmaya konsentrasiya olmuş kimidir.

Nəticə baxımından bu, belədir. 15 mümkün xaldan onunu toplayıblar, ikinci yerdədilər.

Krunoslav Renduliçin əlinin altında kifayət qədər futbolçu toplaşıb. Yaydan bəri bir ucdan ona yeni oyunçular alınıb verilib.

Böyük pullar xərclənib. Heyət çempionluq üçün yetərlidirmi? Mübarizə aparmaq olar.

Renduliç gümüş medalın zəmanətini verməlidir.

Bilmirəm rəhbərlik baş məşqçinin özüylə bu barədə konkret söhbət edibmi, amma təxmin etmək olar ki, o, ondan nə gözlənildiyini anlamaqdadır.

Sözün açığı, bir az şübhələrim qalmaqdadır hələ də Renduliçin üzərində. Xorvatiyalının komandanı bütün oyunlara eyni cür hazırlamaqda çətinlik çəkməsi sezilməkdədir.

İddialı rəqiblərlə oynayan «Sabah» başqadır, ortab və autsayderlərin önünə çıxan «Sabah» başqa.

İlk dörd həftədə «qol orucu» tutmuş «Kəpəz»dən iki top buraxmaq Renduliçə xəbərdarlıqdır. Premyer Liqanın ən zəif iştirakçısı qarşısında 20-30 dəqiqə «yatan» «Sabah»ı futbolçularının fərdi keyfiyyəti xilas etdi.

Təşkilatlanmış komanda belə boşluqlara yol verməməlidir.

Renduliç Tovuz səfərində asan qələbə qazanacaqlarını fikirləşməsəydi, oyunun əvvəli və ortası onlar üçün bu qədər sancılı keçməzdi.

ELNUR

Seçilən
81
sportinfo.az

1Mənbələr