Bakı. Trend:
İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünyaçempionatı davam edir.
Trend İdman.biz-əistinadən xəbər verir ki, yarışın 5-ci günündə sərbəst güləşçilərmübarizəyə qoşulub.
Millimizin 5 üzvü xalça üzərinə çıxıb.
U-20 dünya çempionatı
Sərbəst güləşi
Final
97 kq
Xetaq Karsanov ilk görüşdə rəqibi Aitenir Maksatova (Qırğızıstan)heç bir şans verməyib, 11:0. Daha sonra Rifat Ereni (Türkiyə)gərgin keçən mübarizədə 2:1 məğlub edən Xetaq yarımfinala yüksəlib.Onun növbəti rəqibi slovakiyalı Adam Jaksik olub. İdmançımız 5:0hesabı ilə qalib gələrək, finalçı olub. Karsanov həllediciqarşılaşmada qazaxıstanlı Rizabek Aitmukan ilə qarşılaşacaq.
Qeyd edək ki, Azərbaycan yığması mundialda 1 gümüş, 2 bürüncmedal qazanıb. Yunan-Roma güləşçilərinin mübarizəsində Cocu Səmədov(87 kq) gümüş, Ruslan Nurullayev (72 kq) bürünc medal əldə edib.Nərgiz Səmədova (55 kq) da yarışı üçüncü olaraq tamamlayıb. Dünyaçempionatına sentyabrın 8-də yekun vurulacaq.