AZ

Siyarto Ermənistana səfər edəcək

Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto sentyabrın 10-da Ermənistana səfər edəcək.

Olaylar.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan sosial şəbəkələrdə məlumat verib.

O qeyd edib ki, səfər çərçivəsində xarici işlər naziri Ararat Mirzoyanla görüş keçiriləcək.

Bundan başqa, P. Siyarto "Qarşılıqlı əlaqənin geosiyasəti: rəqabətdən əməkdaşlığa" mövzusunda panel müzakirəsində iştirak edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
13
olaylar.az

10Mənbələr