Bu gün minifutbol üzrə Çempionlar Liqasında pley-off mərhələsinin oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, Polşada keçirilən yarışın 1/8 finalında Azərbaycan dueli baş tutub.
Turnirdə ölkəmizi təmsil edən "Birbaşa Bakı" ilə "AzNur" üz-üzə gəlib. Görüşün taleyini 1 qol həll edib. "Birbaşa Bakı" Emil Məmmədovun 36-cı dəqiqədə vurduğu yeganə qol sayəsində "AzNur"u məğlub edib.
“Birbaşa Bakı”nın növbəti mərhələdə rəqibi “Meksikani Ber Şava” (İsrail) – “Belfut İaşi” (Rumıniya) cütünü qalibi olacaq.