AZ

Rus futbolçu Türkiyə klubuna keçəcək - SON DURUM

Rusiyanın "Rostov" klubunun yarımmüdafiəçisi Danil Utkin karyerasını Türkiyədə davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı "RB Sport" yayıb. 

Mənbənin məlumatına görə, yarımmüdafiəçi "Hatayspor"a keçməyə yaxındır.

24 yaşlı futbolçunun bu gün tibbi müayinə üçün Türkiyəyə gedəcəyi bildirilir. Bundan sonra türk klubu Utkini sonradan almaq variantı ilə icarəyə götürə biləcək.

İlk 4 turda cəmi 1 xal toplayan "Hatayspor" Türkiyə Superliqasının turnir cədvəlində 18-ci pillədə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
fanat.az

1Mənbələr