AZ

Avropa çempionatı: Aslan gümüş, Şamillə Kənan isə bürünc medal qazanıb

Bakı. Trend:

Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropaçempionatı davam edir.

Trend İdman.biz-ə istinadənxəbər verir ki, 3-cü yarış günündə 4 çəkidə qaliblərmüəyyənləşir.

Azərbaycanın 6 cüdoçusu tatamiyə çıxıb.

Avropa çempionatı
Qızların yarışı
+78 kq
1/8 finalda mübarizəyə başlayacaq Nigar Süleymanovanın rəqibifransalı Selia Cancan olub. Rəqibinə uduzan Nigar mübarizəni erkəndayandırıb.

Oğlanların yarışı
90 kq
Aslan Kotsoevin ilk olaraq Alsksandru Sibisanı (Rumıniya) dahasonra isə Miçe Velteri (Lüksemburq) yolundan uzaqlaşdırıb. 1/4finalda sloveniyalı Oleksi Boldyriedən üstün olan Aslan yarımfinalayüksəlib. Burda onun rəqibi Henry Ovusu (İtaliya) olub. Rəqibinəqalib gələn Kotsoev finalda Milyan Raduljla (Serbiya) iləqarşşılaşıb. Mübarizədən serbiyalı cüdoçu qalib ayrılıb.

Tuncay Şamil Kiril Volkov (Litva) və Kristiano Minçinezidən(İtaliya) üstün olsa da 1/4 finalda serbiyalı Milyan Raduljauduzub. Şamil bürünc uğrunda təsəlliverici görüşdə xorvatiyalıBorna Butuyevi üstələyib. O, italiyalı Henry Ovusunu da məğlubedərək bürünc medala sahib olub.

100 kq
İlk mərhələdən güləşməyə başlayan Azad Bağırov Frantizel Lhotzkini(Çexiya) məğlub edib. O 1/8 finalda fransalı Makenze Bordinləbacarmayıb.

+100 kq
1/8 finalda mübarizəyə qoşulan Kənan Nəsibov Fedir Yarosenkoya(Ukrayna) qalib gəlib. O daha sonra komanda yoldaşı RamazanƏhmədovu məğlub edib. Kənanın yarımfinalda rəqibi İbrahimTataroğluya (Türkiyə) uduzub. O, bürünc medal uğrunda görüşdərəqibi çexiyalı Tomas Raskaya qalib gələrək fəxri kürsiyəqalxıb.
Ramazan Əhmədov isə litvalı Armandas Vaskasdan güclü olub. 1/4finalda Kənana uduzan Ramazan bürünc medal uğrunda təsəllivericigörüşdə Saba Kardavaya (Gürcüstan) uduzub.

Qeyd edək ki, Avropa çempionatında Vüsal Qələndərzadə (73 kq),Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal qazanıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
1
az.trend.az

3Mənbələr