AZ

“Kim deyir ki, Zəngəzur dəhlizi İranla sərhəd boyu olacaq?” –TOFİQ ZÜLFÜQAROV

“İranın bəzi dairələri Zəngəzur dəhlizi məsələsində sanki Qərbin siyasətini həyata keçirir”.

Bu sözləri Azpost.info-ya müsahibədə sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İranın Zəngəzur dəhlizi ilə bağlı verilən son bəyanatını şərh edərkən deyib.

Sabiq nazirin sözlərinə görə, Qərbdə başa düşürlər ki, Rusiya artıq Ermənistanı müdafiə etmək istəmir və buna həvəsli deyil, imkanı da yoxdur: “İndi Qərb istəyir ki, bu məsələdə İran öz xidmətini göstərsin. Baxın, vaxtilə İran sərhədlərimizdə hərbi təlimlər keçirəndə Qərb ölkələri buna qarşı hansısa bəyanat səsləndirdimi? Təbii ki, yox. Qərbin bəlkə də əsas məqsədlərindən biri odur ki, Azərbaycanı İranla toqquşdursun. Bununla həm İranı, həm də Azərbaycanı zəiflətsin. Amma Bakı buna getmək istəmədi, gərginliyi aradan qaldırmağı bacardı”.

T.Zülfüqarov qeyd edib ki, İranda da sağlam dairələr var və onlar yaxşı başa düşürlər ki, toqquşma İranın məhvinə gətirib çıxaracaq: “Orada müxtəlif milli azlıqlar var. Azərbaycana qarşı həmlələr müxtəlif böhranlara gətirib çıxaracaq”.

“İkincisi, kim deyir ki, Zəngəzur dəhlizi sərhəd boyu olacaq? Bəlkə dəhliz sərhəddən 5-10 kilometr şimaldan keçəcək. O zaman dəhlizin İrana nə aidiyyəti olacaq? İranla Ermənistanın sərhədindəki torpaqlar qalacaq. Demirlər ki, Ermənistanla sərhəd lazımdır, o zaman 5 – 10 kilometrlik ərazi qalır arada, götürsün. Demək istəyirəm ki, Tehranın bu məsələdə məntiqi zəifdir” -deyə sabiq nazir bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
azpost.info

1Mənbələr