İranda uşaq və yeniyetmələri qaçırmağa çalışan Əfqanıstan vətəndaşları həbs ediliblər.
Bizim.Media xəbər verir ki, bu barədə “Alef” məlumat yayıb.
Məlumata görə, SEPAH qüvvələri Hormozqan əyalətinin qərbində yerləşən Parsian şəhərində çox sayda uşaq və yeniyetməni oğurlamağı planlaşdıran 12 Əfqanıstan vətəndaşını saxladığını açıqlayıb.
Bildirilib ki, həbs edilən şəxslər məhkəməyə təhvil veriliblər.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta