AZ

II qrup əlil prezidentdən kömək istəyir

Bakı şəhər, Qaradağ rayon, Lökbatan qəsəbəsi, 6-cı massiv, ev 51-də yaşayan Ağasalayev Vüsal Yağenali oğlu Prezident İlham Əliyevə müraciət edib. Tribunainfo.az xəbər verir ki, o, 1993-cü ildən 2014-cü ilədək zabit kimi hərbi xidmət keçib. 2014-cü ildə isə xəstəliklə əlaqədar ehtiyata buraxılıb və II dərəcə əlildir.
Üzləşdiyi problem isə keçmiş zabit yoldaşı Mustafayev Azər Sabir oğlunun ona qarşı etibarından sui istifadəyə yol verməsidir. “O mənim bir neçə dəfə etibarımdan sui istifadə edərək, 2014-cü ildə aldadaraq “xəstəm var” deyərək, bankdan 4000 manat pul götürüb. Özünün ödəyəcəyini deyərək, həmin pulu bu günə qədər ödəməyib”.
Vüsal Ağasalayev qeyd edir ki, təkcə onu deyil, digər zabit yoldaşları Rəcəbov Heydər Zahid oğlunun da zamin duraraq, kredit götürülməsini istəyib. “Lakin bir müddət keçdikdən sonra gördüm ki, mənim pensiyamdan 800 manat məbləğ tutulur. Bu zaman bir çox aidiyyatı orqanlara müraciət etdikdən sonra 14.08.2024-cü il tarixdə mənə məlum oldu ki, zamin durduğum Rəcəbov Heydər Zahid oğlu krediti ödəməyib, Xətai rayon Məhkəməsi qətnamə qəbul edib, məhkəmə saxtakarlığa yol verərək “AtaBank”ın işçisi ilə əlbir olaraq Mustafayev Azər Sabir oğlunu zaminlikdən çıxarıb və tək məni saxlayıb”.
O dövlət başçısından məsələnin araşdırlaraq, ona dəyən ziyanın ödənilməsinə yardımçı olmasını xahiş edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
3
tribunainfo.az

4Mənbələr