AZ

Ermənistanda panika: Qərbi azərbaycanlılar gəlir…

“Ermənistandakı ermənilər 2050-ci ildə diaspora çevriləcək, biz azlıq olacağıq”. Tribunainfo.az xəbər verir ki, bu fikirləri politoloq Artaşes Aleksanyan səsləndirib.
Onun sözlərinə görə, Ermənistan hökumətinin əhalinin artımı ilə bağlı proqramı məntiqsizdir. “Paşinyan deyir ki, 2050-ci ilə qədər sayımız 10 milyon olmalıdır. Lakin hesablaya bilmir ki, bu mümkün deyil. Çünki uşaq doğulmasında əhali maraqlı deyil”.
Aleksanyan onu da vurğulayıb ki, ermənilərin sayının azalmasının bir səbəbi də azərbaycanlıların Qərbi Azərbaycana köçürülməsi ola bilər. “Əliyevin azərbaycanlıların Ermənistana qaytarılması ilə bağlı dediklərini nəzərə alsaq, bizi nələrin gözlədiyini güman etmək olar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1
tribunainfo.az

2Mənbələr