Hazırda olduğumuz Koşitse Futbol Arenasında slovakiyalı həmkarlarımızla söhbət edərkən maraqlı faktın üstü açıldı.
Slovakiya yığması bu şəhərdə sonuncu oyununu düz 26 il əvvəl, 1998-ci il sentyabrın 5-də məhz Azərbaycana qarşı keçirib. Bu kiçik şəhər milli komandanın növbəti ev oyununu böyük səbirsizliklə və həvəslə gözləyir.
12555 yerlik arenada keçiriləcək oyunun bütün biletləri artıq satılıb. Yığmamız sabah rəqibin çılğın azarkeşlərinin təzyiqi ilə üzləşəcək. Bu başqa məsələ ki, stadionda Avropanın müxtəlif şəhərlərində yaşayanazərbaycanlı azarkeşlər də olacaq.
ORXAN
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta