AZ

Alman qırıcıları ilk dəfə Rusiya sərhədində: Nə baş verir?

Almaniya Hərbi Hava Qüvvələrinə məxsus "Eurofighter" qırıcıları ilk dəfə olaraq Finlandiyada Rusiya sərhədinə yerləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Üç alman qırıcısı Rusiya sərhədindən 180 km aralıda yerləşən Hoşio kəndi yaxınlığında yerə enib və havaya qalxıb.

“Çərşənbə günündən bəri Hoşio yaxınlığındakı yolda bir neçə qısa məsafəli eniş məşqi edildi, sonra təyyarələr uçuş-enmə zolağının sonuna qədər hərəkət etdi və mühərrikləri işlək vəziyyətdə orada yanacaq doldurdular”, - nəşr qeyd edir.

Məlumata görə, yanacaq doldurduqdan sonra qırıcılar yenidən havaya qalxaraq Rovaniemi aviabazasına qayıdıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
13
publika.az

10Mənbələr