AZ

Qazaxın geri qaytarılan kəndlərinə sakinlərin köçməsi üçün hazırlıq işləri görülür - VİDEO

Qazaxın işğaldan azad edilən 4 kəndində - Azərbaycanla Ermənistan arasındakı sərhəd xəttində mühəndis- texniki işlər yekunlaşıb. Kəndlərə doğma sakinlərin köçməsi üçün hazırlıq işləri görülür.

Bizim.Media xəbər verir ki, sərhədin Azərbaycan hissəsində işlər başa çatıb.

Sərhəd xidmətinin təşkili üçün hər iki tərəfdə mühəndis- texniki qurğular quraşdırılıb.

Ermənistan tərəfinin xidmət postları isə düz kəndlərin yaxınlığında qurulub.

Xeyrimli kəndi ilə Ermənistan arasında sərhəd xətti müəyyənləşdirilib.  Ermənistan tərəfindən sərhəddə tikanlı məftillər çəkilib. Qeyd edək ki, kənd Azərbaycana təhvil verilərkən ən çox etirazını bildirən məhz qarşı kəndin sakinləri olub. Hətta onların 12 obyekti sökülüb və ərazi Azərbaycana verilib. Bu istiqamətdə dövlət sərhəd xəttinin yaşayış massivlərinə yaxın olması ilə qarşıdakı kəndin Kirants kəndinin sakinlərinin gündəlik fəaliyyətini görmək mümkündür.

Azərbaycanlılara qarşı ən ağır faciələrin yaşandığı Bağanis Ayrım kəndindən isə sadəcə xarabılıqlar qalıb. Ermənistanın əsas tranzit yollarından biri məhz bu kəndin yaxınlığından keçir.

Qazaxın Əskipara kəndinin yaşı isə eramızdan əvvəl 3-cü minilliyə dayanır. Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri hesab edilir. Kənddə yerləşən qədim alban kilsəsi də bunu sübut edir. 

Birinci Qarabağ müharibəsi zamanı şiddətli döyüşlərin getdiyi Qızılhacılı kəndində isə minatəmizləmə işləri həyata keçirilir. Ermənistan tərəfi kənd qaytarılmazdan əvvəl bu ərazini minalayıb. 

Minatəmizlə işləri kəndlərin hər birində aparılır. Qəbiristanlıqlara, tarixi abidələrin yaxınlığına və evlərin girişlərinə isə insanlıq əleyhinə cinayət sayılan sürpriz minalar basdırılıb. 

Qeyd edək ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası 2024-cü il aprelin 19-da əldə olunmuş razılaşma əsasında həyata keçirilib. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib. Bu gün Azərbaycan sərhədçisi ərazi üzrə bütün hakim yüksəkliklərdə sərhədin etibarlı mühafizəsini təmin edir. 

Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında: 


Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
3
bizim.media

10Mənbələr