AZ

Xərçəng xəstəsi olan Kral Çarlzın sağlamlıq vəziyyəti ilə bağlı - Açıqlama

Xərçəng xəstəsi olan Böyük Britaniya kralı III Çarlzın vəziyyətində müsbət dəyişiklik var.

Teleqraf.com xəbər verir ki, bu barədə PA Media agentliyinin saraydakı mənbəyə istinadən məlumat verib.

Agentliyin məlumatına görə, kralın səhhəti yaxşılaşır. Bildirilir ki, kral xəstəliyinə baxmayaraq ictimai vəzifələrini maksimum dərəcədə yerinə yetirməyə çalışır.

Qeyd edək ki, onun taxta çıxmasının ildönümü sentyabrın 8-də baş tutacaq. Mənbənin sözlərinə görə, həmin günü kral kilsəni dua etməklə keçirməyi planlaşdırır.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
teleqraf.com

1Mənbələr