ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns yaxın günlərdə İsrail və HƏMAS üçün yeni sülh təklifinin gözlənildiyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə WSJ məlumat yayıb.
Nəşrin məlumatına görə, o, HƏMAS lideri Sinvar və İsrailin baş naziri Benyamin Netanyahunu təklif olunan razılaşmanı tez bir zamanda qəbul etməyə və münaqişəyə son qoymağa çağırıb.
"Razılaşma hələ də çətin olaraq qalır və bu nöqtəni aşmaq üçün hər iki tərəfdən əhəmiyyətli kompromislər tələb ediləcək", - Börns qeyd edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta